Çinin koronavirusu 2 həftə gizlətməsi sübut edildi

  • 2024.01.18 15:56
  • 902 Baxış
Çinin koronavirusu 2 həftə gizlətməsi   sübut edildi
ABŞ Səhiyyə Nazirliyi koronavirus pandemiyasına görə yenidən Çİn elm adamlarını günahkar çıxarıb.


"Medicina" xəbər verir ki, Çin alimləri 28 dekabrdan SARS-CoV-2 yeni virusunu sistemə daxil etmişdilər.

Məhz bu iki həftə mühüm rol oynaya bilərdi. Həm ölkələr xəbərdar edilərdi, həm qoruma tədbirləri görülərdi, həm də vaksin tapılmasına daha tez başlanılardı.

Çin rəsmiləri isə Uhandakı epidemiyanı “mənşəyi naməlum” viruslu pnevmoniya kimi qələmə verib. Hətta virusun ilk dəfə yayıldığı balıq bazarını da nəzarətə götürməmişdi.


Aygün Musayeva