Cinsi əlaqədən tam imtina edən kişidə nə baş verir?

  • 2023.06.02 22:37
  • 4989 Baxış
Cinsi əlaqədən tam imtina edən kişidə    nə baş verir?
Qədim Yunanıstanda idmançılar bədənlərini gücləndirmək və qələbə qazanmaq üçün yarışlardan əvvəl cinsi əlaqə "orucu tuturdular".


Bir çox dinlər subaylıq, yəni cinsi əlaqədən tam imtina andını tətbiq edirlər Beləliklə, Hinduizm və Buddizmdə abstinensiya mənəvi inkişaf və özünü tanımaq üçün tətbiq olunurdu.

Amma yəhudilikdə və islamda əksinə, subaylığa mənfi münasibət bəsləyirlər.

“Medicina” xəbər verir ki, tibbdə kişilərin uzun müddət cinsi əlaqədən imtinası “cinsi abstinensiya” adlanır.
Cinsi əlaqədə olmamağın mənfi cəhətləri:

Yuxusuzluq, depressiya, əsəbilik inkişafına kömək edir. Ümidsizlik və laqeydlik, həyatında seks əhəmiyyətli rol oynayanlara daha güclü təsir göstərir.

Prostatit riski. Düzdür, bunun üçün infeksiyalar, stresslər, qeyri-sağlam həyat tərzi də olmalıdır.

Bir kişi üçün uzun müddət cinsi əlaqədən uzaq qalmaq sperma keyfiyyətinə mənfi təsir göstərir. Ancaq üç günlük özünü saxlamaq çox vaxt uşaq sahibi ola bilməyən cütlüklərə kömək edir.

Əgər uzun zaman bundan çəkinmisizsə, ereksiya doğru zamanda baş verməyə bilər, çünki bədən buna vərdiş edir.

Günay Quluzadə