Cinsi yolla keçən infeksiyalar (CYKİ) bəzən heç bir əlamət vermədən də keçə bilər. Buna görə də yoluxmuş şəxs infeksiyanı bilmədən başqasına ötürə bilər.
Sidik ifrazı zamanı yanma və ya ağrı.
Penisdən və ya vajinadan qeyri-adi axıntı.
İntim nahiyədə qaşınma, qızartı və ya yanma.
Cinsiyyət orqanında yara, qabarcıq və ya ziyil.
Cinsi əlaqə zamanı ağrı.
Qadınlarda cinsi əlaqədən sonra və ya menstruasiya arası qanaxma.
Qasıq nahiyəsində limfa düyünlərinin böyüməsi.
Aşağı qarın nahiyəsində ağrı.
Qızdırma və ümumi halsızlıq (bəzi infeksiyalarda).
Boğaz, ağız və ya anus nahiyəsində ağrı və ya yara (oral və ya anal cinsi əlaqədən sonra).
Nə etmək lazımdır?
Bu əlamətlərdən biri varsa, cinsi əlaqəni dayandırın və həkimə müraciət edin.
Müayinə və analizlərdən keçin.
İnfeksiya təsdiqlənərsə, partnyorun da müayinə və lazım olduqda müalicə alması vacibdir.
Müalicə tamamlanana qədər qorunmasız cinsi əlaqədən çəkinin.
Erkən diaqnoz və düzgün müalicə infeksiyanın yayılmasının və sonsuzluq kimi ağırlaşmaların qarşısını almağa kömək edir.
Aygün
Medicina.az