Cinsi zəifliyi olanlar təzyiqə nəzarət etsin

  • 2023.05.25 20:33
  • 1465 Baxış
Cinsi zəifliyi olanlar təzyiqə nəzarət etsin
Kişilərdə təzyiq problemləri cinsi zəiflik yaradır.

“Medicina” xəbər veir ki, mütəxəssislərin sözlərinə görə, kişinin qan təzyiqini idarə etməsi erektil disfunksiyanın qarşısını ala bilər.

Məsələni təzyiq əleyhinə dərman qəbul etməli olduğunuz bir vəziyyətə gətirməyin, çünki bu, erektil disfunksiyaya səbəb olur.

Ereksiya problemlərinin inkişafına və tam erektil disfunksiyaya səbəb olan bir çox amillər var.

Yüksək qan təzyiqi bu amillərdən birincisidir. Təzyiq səbəbindən cinsiyyət üzvlərini qanla təmin edən damarlar daralır və büzülür. Üstəlik, bəzi yüksək təzyiq dərmanları problemi daha da pisləşdirir və erektil disfunksiyaya səbəb olur. Buna görə də, bir kişi libidoya mənfi təsir göstərən hipertoniya əlamətləri ilə qarşılaşırsa, təcili tədbirlər görməlidir.

Mütəxəsssislər fiziki fəaliyyətlə hər gün məşğul olmağı məsləhət görürlər. Çünki idman qan dövranının səviyyəsini artırır ki, bu da ereksiyaya müsbət təsir göstərir. Oturma-qalxma hərəkətləri daha çox edilməlidir.

Həmçinin gündəlik pəhrizdə çuğundurdan salat olmalıdır. Onda qan damarlarını genişləndirməyə kömək edən nitratlar var. Bu tərəvəz istənilən formada istehlak edilə bilər: çiy, şirə kimi və ya bişmiş şəkildə.

Aynurə Məmmədova