Corabı çıxaranda ayağınızda bu izləri görürsünüzsə... - TƏCİLİ HƏKİMƏ GEDİN

  • 2019.02.04 16:52
  • 23114 Baxış
Corabı çıxaranda ayağınızda bu izləri görürsünüzsə... -  TƏCİLİ HƏKİMƏ GEDİN

İnsan ürəyinin düzgün işləmədiyini bilsə, vaxtında bunun qarşısını alaraq ölüm riskini azaltmış olar. Buna görə də ilk növbədə ürəyin fəaliyyətində hər hansı bir problemin olub-olmadığını müəyyən etmək lazımdır.


Medicina.az xəbər verir ki, ürəyin fəaliyyətinin pozulduğunu əsas 7 əlamət göstərir. Onlar aşağıdakılardır:


1) Qollara yayılan ağrı 


Ürək xəstəliklərinin ən vacib əlamətlərindən biri də qollara yayılan ağrıların olmasıdır. Qol ağrısı kişilərdə sol tərəfdə müşahidə edilərkən, qadınlarda bu hal hər iki qolda üzə çıxa bilər. Amma bəzi hallarda qadınların qollarında müşahidə edilən ağrılar sinirlə də əlaqəli ola bilir. Buna görə də, bu ağrı zamanı mütləq həkimə müraciət edilməlidir. 


2) Şiddətli öskürək


Bir sıra fərqli xəstəliklərdə meydana çıxan şiddətli öskürək əsasən çəhrayı rəngli maye ilə müşayiət olunduqda, bu, ürək xəstəliyindən xəbər verir. 


3) Ayaqlarda şişkinlik


Ayaq və topuqlarda müşahidə edilən səbəbsiz şişkinliklər ürək xəstəliyindən xəbər verə bilər. Ürək qanı yaxşı pompalamadığı halda qan damarlarındakı mayenin toxumalara sızması səbəbindən ayaqlarda şişkinlik meydana çıxır. Bu zaman həkimə müayinə olunmaq məsləhətdir. Əsasən də corab geyindiyinizdə ayağınızda rezin izləri qalırsa, bu zaman mütləq həkimə müraciət edin. 


4) Ürək bulanması və iştahasızlıq


Ürək problemləri səbəbindən qaraciyər çevrəsində yerləşən həzm  mayelərinın təsiri ilə  insanda ürəkbulanma, iştahasızlıq, həmçinin də  qarın ağrısı kimi problemlər yarana bilər. 


5) Narahatlıq 


Aparılan araşdırmalara görə, həyatlarının müəyyən dövründə narahatlıq yaşayan insanlar ürək xəstəliklərinə meyilli olurlar. 


6) Ürək getmə 


Ürək narahatlıqları arasında ən çox rast gəlinən əlamətlərdən biri də ürək keçməsidir. Bunun səbəbi ürəyin qanı normal pompalamaması nəticəsində qanın damarlarda yığılmasıdır. 


7) Dərinin göyərməsi 


Qan dövranının pozulması nəticəsində ortaya çıxan bu əlamətə çox nadir hallarda rast gəlinir. Lakin əlamətlərdən biridir.


Arzu

Medicina.az