Çox reklam olunan vitaminlərin zərərləri – Həkim açıqladı

  • 2023.07.11 16:33
  • 1365 Baxış
Çox  reklam olunan vitaminlərin zərərləri  – Həkim açıqladı
Son illər reklam olunan sink, selen, maqnezium, dəmir kimi preparatların həkim məsləhəti olmadan, yalnız əlamətlərə görə alınıb qəbul edilməsi artıb.



“Medicina” xəbər verir ki, həkim Füzuli Hüseynovun sözlərinə görə, Sink daha çöx istifadə olunur.


“Bəllidir ki, yaşlı insanların süd vəzi və yumurtalıqlarının sinkə daha çox tələbatı var. Prostat vəzinin də sinkə tələbatı böyükdür. Hətta qalxanvari vəzinin, daxili sekresiyanın sinkə tələbatı var. Sink çatışmazlığı bu orqanların fəaliyyətində pozğunluqlar əmələ gətirir.


Hətta qalxanvari vəzini müalicə edən həkimlər bəzən dərmanlarla bərabər sink qarşılıqlı qida əlavəsi də yazırlar.
Lakin bəzi hallarda sink və selenin miqdarının normaya gəlib çatması və ya normanı aşması bu xəstəliklərin müalicəsinə effektiv təsir etmir.


Məsələn, qalxanvari vəzinin hipoteriozu müalicəsi zamanı aylarla qəbul edilən bu dərmanlar kömək etmir.
Digər tərərfdən itirilən maddələrin fərqinə varmadan sink mineralı normadan çox qəbul edilərsə, bu orqanizmidən misi “vurub çıxardır”. Nəticədə orqanizmdə mis çatışmazlığı əmələ gəlir. Misin çatışmazlığı dəmirin sovrulmamasına gətirib çıxarır.


Adətən, mis mineralı sümük toxumasında, əzələlərdə və kollagen liflərdə daha çox olur. Nəticədə misin çatışmazlığı kollagen liflərin dağılması ilə dabanlarda çatlar, dəridə çatlar və sümük boşluğu əmələ gəlir.

Məhz bu səbəbdən bel yırtıqları əmələ gəlir. Son zamanlar bel yırtıqlarının artmasına səbəb məhz budur. Çünki, kollagen lifləri dağılır. Mis çatışmazlığı bağırsaqalarda dəmirin sorulmasına təsir göstərir və bu insanlarda qanazlığı baş verir.

Bütün bunlara səbəb məhz sink mineralının normadan çox qəbul edilməsidir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan bol mineral və vitamin yetişdirən bir ölkədir. Ən kasibimiz belə kələm, çuğundur, kök və göyərtilərdən yararlana bilər.

Hər hansısa peraparatın fəsadlarını da öyrənmək vacibdir. Çünki belə praparatlar, kapsul şəklində sintez olunaraq əmələ gəlir, nəticədə orqanizmə daxil olduqda sizin vitamin balansını pozacaq. Məhz buna görə mövsümə uyğun meyvə və tərəvəzlərlə qidalanmaq lazımdır”.

Günay Quluzadə