Çox yetişmiş bananı belə saxlayın

  • 2026.08.19 08:48
  • 104 Baxış
Çox yetişmiş bananı belə saxlayın

Çox yetişmiş, qabığı qaralmış, amma içində kif olmayan bananı atmaq əvəzinə soyub dondurmaq məsləhətdir.

Medicina.az xəbər verir ki, banan dilimlənərək və ya əzilərək porsiyalar şəklində dondurula bilər. Sonradan ondan smuzi, pankek, banan çörəyi və ya şəkərsiz banan dondurması hazırlamaq mümkündür.

Mütəxəssislər bildirirlər ki, bananın qabığı qaralsa da, içi normaldırsa və pis, fermentləşmiş qoxu və kif yoxdursa, onu istifadə etmək olar.

Xanım,
Medicina.az