Dağınıq skleroza qarşı da peyvənd icad edilir

  • 2023.08.15 17:43
  • 995 Baxış
Dağınıq skleroza qarşı da peyvənd icad edilir

Dağınıq skleroz xəstəliyinə səbəb olan Epsteyn-Barr virusuna qarşı peyvənd hazırlanır.


"Medicina" xəbər verir ki, bu virus dünya əhalisinin 50%-də var, öpüşmə ilə çox yayılır.


Bu virus beyin və onurğa beynində mesajlar daşıyan sinir lifləri ətrafındakı qoruyucu qabığa təsir göstərir. Adətən 20-30 yaşlarında diaqnoz qoyulan xəstələrdə danışmaq və yeriməkdə çətinlik yarana bilər.


Avstraliya alimləri virusa qarşı ilk dəfə peyvəndin hazırlanması istiqamətində addımlar atıb.


Bu peyvənd təkcə virusla mübarizə aparmaq üçün uzunmüddətli antikorlar və T-hüceyrələri istehsal etməyib, həm də şişlərin böyüməsinə qarşı qoruyan immun reaksiyasını işə salıb.

Siçanlar üzərində sınaqlar hərtərəfli uğurlu olduqdan sonra, insanlar üzərində sınaqlar başlayacaq.

Aygün Musayeva