Daha 11 şagird koronavirusa yoluxub

  • 06 Okt 2020 19:38
  • 19960 Baxış
Daha 11 şagird koronavirusa yoluxub
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Medicina.az-a verilən məlumata görə, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş sinigflərin sayı isə 3-dür. Daha 1 məktəb də distant təhsilə keçib.

İndiyədək ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.