Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlandı

  • 2020.10.16 15:12
  • 1797 Baxış
Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Medicina.az-a bildirilib ki, 15 şagirdin hərarəti 2 dərəcədən yuxarı olub.

Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 6, məktəblərin sayı isə 10-dir.

Əyani təhsilə qaytarılmış siniflərin sayı 1-dür

İndiyə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.