Daha bir ölkədə insana donuz böyrəyi köçürüldü

  • 2024.04.09 15:09
  • 655 Baxış
Daha bir ölkədə insana   donuz böyrəyi köçürüldü

Çin həkimləri də xəstəyə geni modifikasiya olunmuş donuz böyrəyini insan bədəninə köçürməyi bacarıb.

"Medicina" xəbər verir ki, onlar əvvəlcə donuz qaraciyəri transplantasiyasını sınamışdılar.


Orqan transplantasiyası Çin Elmlər Akademiyasından Dou Kefeng-in rəhbərliyi altında həyata keçirilib.

6 saat 15 dəqiqə davam edən əməliyyat zamanı donuz böyrəyini beyin ölümü olan şəxsə köçürüblər. Bədən müsbət reaksiya verdikdən dərhal sonra böyrəklər işləməyə başlayıb.

Sınaqlar uğurla baş tutsa canlı xəstəyə də həyata keçiriləcək.

Aygün Musayeva