Daha bir ölkədə koronavirus qadağaları ləğv olundu

  • 2022.11.07 09:57
  • 1740 Baxış
Daha bir ölkədə koronavirus qadağaları  ləğv olundu
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti noyabrın 7-dən etibarən koronavirusun yayılmasının qarşısının alınmasına yönəlmiş bütün məhdudiyyətləri ləğv etmək qərarına gəlib.

Medicina.az xarici KİV-lərə istinadən xəbər verir ki, tibb müəssisələri və sağlamlıq imkanları məhdud şəxslər üçün mərkəzlər istisna olmaqla, bütün açıq və qapalı müəssisələrdə, o cümlədən ibadət yerlərində, məscidlərdə maskaların taxılması qaydası ləğv edilir.