Darçın və zərdəçal sağlamlıq üçün son dərəcə faydalı hesab olunur.
Darçının faydası qan şəkərinin səviyyəsinin aşağı olması ilə əlaqələndirilir və zerdeçalın əsas komponenti olan kurkumin iltihabla mübarizə aparan güclü bir antioksidant kimi tanınır.
Medicina.az xəbər verir ki, dietoloq Lukaşenkova ədviyyatların, xüsusən də düzgün istifadə edilmədikdə təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Darçının potensial təhlükələrindən danışan həkim qeyd etdi ki, mağazalarda adətən müəyyən bir ağacın qabığından hazırlanmış ucuz bir məhsul satılır. Bu darçın növü "kassia" kimi tanınır.
Lukaşenko vurğulayıb ki, kassiya qabığı ədviyyatı yüksək dozada qəbul etmək təhlükəlidir:
"Ədviyyatın tərkibində darçına xarakterik acı-şirin ətri verən kumarin var. Uzun müddət ərzində yüksək dozada kumarin qəbul edildikdə qaraciyərə zəhərli təsir göstərə bilər. Gündə bir çay qaşığından çox kassiya qabığı ədviyyatı qəbul etməkdən çəkinin."
Həmçinin, mütəxəssisin sözlərinə görə, bəzi hallarda orqanizm həssaslıq səbəbindən kumara kəskin reaksiya verə bilər və bu da baş ağrılarına, dəri problemlərinə və qarın ağrısı, ürəkbulanma və ürək yanması da daxil olmaqla mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Zərdəçal, uşaqlıq yığılmalarını stimullaşdırmaq qabiliyyətinə görə hamilə qadınlar üçün təhlükəlidir.
Həkim aspirin tərkibli məşhur baş ağrısı dərmanının təhlükələri barədə xəbərdarlıq edib.
"Zərdəçal kəskin və xroniki hepatit, mədə və onikibarmaq bağırsağın xorası olan insanlar üçün tövsiyə edilmir".
Həkim həmçinin muskat və zirə istifadə edərkən ehtiyatlı olmağı məsləhət görüb.
Aygün Musayeva