Dəfn bürosunun rəhbəri evində körpələrin meyitlərini evinə apararaq, onlar birgə cizgi filmlərinə baxıb.
“Medicina” xəbər verir ki, bu kuryoz olay İngiltərədə baş verib. «Florrie’s Army» adlı təşkilat uşaq dəfnləri və onların valideymlərinə dəstək işləri ilə məşğul olur.
Lids şəhərindən olan Zoya Vord adlı qadın 1 aylıq övladı beyin zədələnməsindən xəstəxanada öləndə nə edəcəyini bilmirdi. Dərddən başını itirmiş ana Emi Aptona müraciət edir. O, uşağın dəfni ilə məşğul olacağını bildirir və meyiti xəstəxanadan büronun maşını ilə götürür.
Sabahı gün Zoya qadının evinə danışıq üçün gələndə gördüyü mənzərədən nitqi tutulur. Qonaq otağında divanın üstündə onun oğlunun meyiti qoyulub, televizorda isə cizgi filmləri gedir.
Çarpayıda isə daha bir uşağın meyiti var idi. Emi isə özünü laqeyd apararaq, “cizgi filmlərinə baxırlar, bu onlar üçün yaxşıdır” deyə bildirib.
Zoya Emini şikayət etsə də, hələ ki, onu həbs etmək mümkün olmayıb.
Çünki o, iddia edir ki, çox valideynlər onun xidmətindən razıdır və övladlarının belə yola salınmasını istəyir. Hələ ki, onun təşkilatı ilə bağlı məsələ araşdırılır.
Aygün Musayeva