Venesuela Səhiyyə Nazirliyi ölkənin şərq bölgəsində hantavirus testi müsbət çıxan üç nəfərin ölümünü təsdiqləyib.
Medicina.az xəbər verir ki, yerl medianın məlumatına görə, Səhiyyə Nazirliyi Anzoategui ştatında üç nəfərin hantavirus səbəbindən öldüyünü təsdiqləyib.
Bəyanatda mərhumların kimliyi və ya yaşı barədə məlumat verilməyib, lakin ölüm səbəbini müəyyən etmək üçün hərtərəfli araşdırmanın başlandığı bildirilib.
Nazirlik ayrıca olaraq, Venesuelanın qərbindəki Barinas ştatında iki səhiyyə işçisinin hələ müəyyən edilməmiş səbəblərdən öldüyünü açıqlayıb.
Bəyanatda Barinasdakı ölümlərlə Anzoategui ştatında təsdiqlənmiş hantavirus halları arasında heç bir əlaqənin olmadığı vurğulanıb.
Hantavirusun əsasən gəmiricilərdən ötürüldüyü məlumdur. Qurudulmuş gəmirici nəcisi, sidik və tüpürcəklə çirklənmiş havanı nəfəs aldıqda, bəzən gəmirici dişləmələri və ya cızıqları vasitəsilə virus qızdırma, yorğunluq və əzələ ağrısı kimi simptomlara səbəb olur.
Xəstəlik həmçinin tənəffüs çatışmazlığına, bəzi hallarda isə daxili qanaxmaya və böyrək çatışmazlığına səbəb ola bilər.
Aygün
Medicina.az