Demensiyaya qarşı ən yaxşı çay açıqlandı

  • 2023.12.12 17:01
  • 1041 Baxış
Demensiyaya qarşı ən yaxşı çay  açıqlandı
Yaponiyada məşhur olan matça çayı yaşlıların beynini qoruya bilir.

“Medicina” xəbər verir ki, alimlər demensiyaya qarşı ən təsirli çay üzrə araşdırma keçirib.

Onlar 60-80 yaş arası 99 nəfər demensiya xəstəsi üzərində təcrübə aparıb.

Onlar 2 qrupa bölünüb, birinə gündə 2 qram matça, digərinə isə nişastalı kapsul verilib.

12 ay ərzində tədqiqatın sonunda nəticələr göstərib ki, gündə matça qəbul edənlərdə emosiya,
qavrama, yuxu, üz emosiyalarında yaxşılaşma var.

Plasebo qəbul edənlərdə isə dəyişiklik yoxdur.

Matça yaxın Şərqdə populyar çaydır. Onun tərkibində olan teanin qısa yaddaş və yuxuya yaxşı təsir edir.

Ona görə də demensiya olmanı gözləmədən elə profilaktik olaraq 50 yaşdan bu çayı içməyə dəyər.

Aygün Musayeva