Deputat təcili tibbi yardım problemini qaldırdı

  • 2023.11.04 16:30
  • 1958 Baxış
Deputat təcili tibbi yardım problemini qaldırdı
Bakıda 7-10 il bundan öncə 185 təcili tibbi yardım - ambulans heyəti işləyirdi. Son illərdə Bakının əhalisi də artıb və bu gün qeydiyyatdan keçən 2 milyon 700 min nəfərdən söhbət gedir.

Medicina.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.


Deputat bildirib ki, bu gün 140 təcili tibbi yardım maşını var: “Ambulanslar ən yaxşı halda 40-45 dəqiqəyə gəlib çatır. Bu, sosial məsələdir, bu məsələni qaldıraq. Hökumətdən xahiş edək ki, buna həll yolu tapılsın. İnsanlar işləyir, amma texniki güc yoxdur”.