Türkiyəli gözəllik mütəxəssisi Ayşe Ceylan Sevim yay aylarında artan rütubətin dəri sağlamlığına necə təsir etdiyini və düzgün qulluq tövsiyələrini açıqlayıb.
Medicina.az xəbər verir ki, qış aylarında quruyan dərinin yayla birlikdə artan rütubətdən təsirləndiyini bildirən Sevim, bu vəziyyətin xüsusilə yağlı dərilərdə məsamələri bağlaya, qara nöqtə və sızanaqlara səbəb ola biləcəyini söyləyib:
"Qışdan çıxdıq, ilk növbədə dərimiz qurudu və nəmini itirdi. Yay aylarına girdiyimiz üçün nəmlik nisbəti artdı. Dəri tipinə görə nəmləndirici kremlər seçilə bilər
Sadəcə sabun və su ilə təmizləmək kifayət deyiı. İlk növbədə dərimizə uyğun təmizləyici vasitə istifadə etməliyik, deyək ki, yağlı dəriniz var, gel istifadə edirik, səhər və axşam dərimizi təmizləyirik, daha sonra dərimizə uyğun krem və günəş kremi sürtməliyik”.
Günəşdən qoruyucu seçərkən diqqətli olmaq lazım olduğunu deyən Sevim əlavə edib:
"Günəş kremi yalnız yay aylarında istifadə olunur fikri qətiyyən yanlışdır, çünki günəşdən qoruyucu təkcə günəşdən deyil, ultrabənövşəyi şüalardan, ətrafda yanan lampalardan, mobil telefonlarımızdan və hətta evdə buxarda bişirilən yeməklərdən də qoruyur. 'Gecə yatarkən məhsullar istifadə edilməməlidir' fikri də yanlışdır, cildimiz daha çox yuxu ilə yenilənirsə, bu şəkildə dərimizin yenilənməsinə öz töhfəmizi veririk Quru dərilər daha yüksək nəmlik ehtiva edən yağlı məhsullardan istifadə etməlidirlər".
Aygün
Medicina.az