Ağız boşluğu və dişlərin sağlamlığı ümumi orqanizmin sağlamlığında mühüm rol oynayır.
Medicina.az xəbər verir ki, müalicə olunmamış dişlər, diş əti problemləri və ağız boşluğunda olan infeksiya ocaqları müxtəlif xəstəliklərin yaranmasına və ya ağırlaşmasına səbəb ola bilər. Buna görə də vaxtaşırı stomatoloji müayinədən keçmək, ağız boşluğu gigiyenasına, eləcə də süd dişlərinin sağlamlığına ciddi yanaşmaq vacibdir.
Diş və diş əti xəstəliklərinin orqanizmin digər xəstəlikləri ilə əlaqəsi tibbə çoxdan məlumdur. Müxtəlif infeksiya ocaqları ürək-damar, mədə-bağırsaq və digər sistemlərin fəaliyyətinə təsir göstərə bilər. Xroniki iltihabi proseslər orqanizmin ümumi tarazlığını dəyişdirir, immun sistemini yükləyir və nəticədə müxtəlif orqanlarda funksional pozulmalar yaradır.
Xroniki infeksiya ocağı, o cümlədən stomatogen ocaq, mikrobların və onların metabolitlərinin orqanizmlə uzunmüddətli təmasına şərait yaradır. Bu zaman toksiki maddələrin bir hissəsi müdafiə hüceyrələri tərəfindən zərərsizləşdirilir, digər hissəsi isə qan və limfa vasitəsilə yayılaraq orqanizmin ümumi vəziyyətinə mənfi təsir göstərə bilər.
Diş plombları və protez materiallarının seçimi də xüsusi əhəmiyyət daşıyır. Müalicə zamanı biouyğun və keyfiyyətli materiallardan istifadə məqsədəuyğundur. Diş və diş əti zədələnmələrində diş daşlarının da rolu böyükdür. Düzgün ağız gigiyenası, keyfiyyətli diş pastaları və diş saplarından istifadə diş daşlarının yaranmasını ləngidə bilər. Lakin diş daşları demək olar ki, hər kəsdə əmələ gəldiyi üçün onların peşəkar şəkildə təmizlənməsi üçün mütəmadi stomatoloq müayinəsi vacibdir.
Müalicə olunmayan diş daşları diş əti iltihabına, qanamalara, ağız qoxusuna və infeksiya ocaqlarının yaranmasına səbəb ola bilər. Bu isə orqanizmdə mövcud patoloji proseslərin ağırlaşmasına və müalicə prosesinin çətinləşməsinə şərait yarada bilər.
Diş və diş əti problemlərində kompleks yanaşma çərçivəsində Almaniya istehsalı olan Calcoheel və Viburgel preparatlarından dəstək vasitəsi kimi istifadə oluna bilər.
Calcoheel - tərkibindəki Calcium carbonicum Hahnemanni kalsium mübadiləsinin dəstəklənməsinə, Chamomilla ağrılı dişçıxarma və qıcıqlanma zamanı narahatlığın azalmasına, Carbo vegetabilis isə diş əti qanamalarının yüngülləşməsinə kömək edə bilər. Preparat kalsium mübadiləsinin tənzimlənməsi, dişçıxarmanın gecikməsi və çoxsaylı kariyes hallarında kompleks yanaşmanın tərkib hissəsi kimi istifadə oluna bilər.
Viburgel - tərkibində Chamomilla, yəni çobanyastığı, Salvia — adaçayı və Eugenia Caryophyllus — mixək komponentləri olan qulluq vasitəsidir. Stomatit, gingivit və dişçıxarma dövründə damağa qulluq məqsədilə istifadə oluna bilər.
Viburgel həm böyüklər, həm də körpə və kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulur. Dişçıxarma prosesinin ilkin əlamətlərində, damağı əhatə edən selikli qişa nazikləşdikdə, gərginləşdikdə və qızardıqda, həmçinin yeni süd dişi çıxmağa başladıqda damağa qulluq vasitəsi kimi tətbiq edilə bilər.
Viburgel körpələr və kiçik yaşlı uşaqlar tərəfindən yaxşı tolerə edilir, istifadəsi rahatdır, şəkərsiz və spirtsizdir.
Sağlam dişlər yalnız gözəl təbəssüm üçün deyil,
bütün orqanizmin sağlamlığı üçün vacibdir.
Medicina.az