“Donuz qripi”ndən necə qorunaq? - Tanınmış həkimin tövsiyələri

  • 2019.02.01 15:34
  • 21398 Baxış
“Donuz qripi”ndən necə qorunaq? -  Tanınmış həkimin tövsiyələri

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda AH1N1 virusunun olduğunu təsdiqləyib. Təşkilatın hesabatında 16 nəfərdə bu virusun tapıldığı bildirilir.


Bəs "donuz qripi”ndən necə qorunmaq olar?


Medicina.az xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev bunun xüsusi yollarının olmadığını deyib.


"Donuz qripindən xüsusi qorunma yolları yoxdur... Virus aşkar olunubsa, əhalidə xof yaratmaq da mənasızdır. Çünki təşvişə düşmüş insanların tibb müəssisələrinə axını başlaya bilər. Nəticədə hamı bir-birini yoluxduracaq” deyən həkim bəzi məsləhətlər də verib:


-İnsanların sıx olduğu məkanlara getməmək məsləhətdir


-Qoruyucu maskalardan istifadə olunmalıdır


-Əllər tez-tez yuyulmalıdır


-Yüksək qızdırma zamanı qızdırmasalıcılardan(antibiotiklərdən yox!) istifadə etmək olar


-Çoxlu maye (su, çay, şirələr, kompotlar) qəbul etmək lazımdır


-Meyvə-tərəvəzdən bol-bol istifadə etmək lazımdır


-Davamlı yüksək qızdırmada özünümüalicə yolverilməzdir. Həkimə müraciət etmək lazımdır


-Bağça və məktəblərdə nəzarət gücləndirilməlidir


-Xəstə uşaqlar bağçaya və məktəbə getməməlidir


-Yaşlı insanlar və hamilələr daha diqqətli olmalı, vaxtında həkimə müraciət etməlidir.


Medicina.az

 


“Donuz qripi”ndən necə qorunaq? -  Tanınmış həkimin tövsiyələri