Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Donuz ürəyi köçürülmüş xəstə öldü

  • 2023.11.01 13:19
  • 1982 Baxış
Donuz ürəyi köçürülmüş xəstə  öldü

Donuz ürəyi köçürülən ikinci xəstə də öldü

ABŞ-da donuz ürəyi translantasiya olunmuş ikinci xəstə də vəfat etdi.

"Medicina" xəbər verir ki, 58 yaşlı Lourens Fossetə insan ürəyi köçürülməsi mümkün olmadığı üçün belə bir elmi eksperimentə razı olmuşdu.

Geni dəyişdirilmiş donuz ürəyinin insana köçürülməsini inadla davam etdirən alimlər xəstənin razılığı ilə ikinci dəfə belə riskli əməliyyat keçirib.

Amma xəstə cəmi 6 həftə yaşaya bilib.

Əgər donuz ürəyi transplantasiyası uğurlu olarsa, dünyada minlərlə insan xilas ola bilər.

Aygün Musayeva