"Dovşan dodaq" və "qurd ağızlı" doğulan uşaqlara necə müalicə olunur?- Həkim açıqladı

  • 2023.01.23 14:57
  • 4221 Baxış
"Dovşan dodaq" və "qurd ağızlı" doğulan uşaqlara necə müalicə olunur? - Həkim açıqladı

Ağız və üz-çənə cərrahiyyəsi ixtisası ağız boşluğunda və üz-çənə nahiyəsində sərt və yumşaq toxumlarının müxtəlif növ xəstəliklərinin, zədələmələrinin, estetik və funksional pozuntuların diaqnostikası və müalicəsi ilə məşğuldur. Xəstəliklərdən danışarkən biz iltihabi proseslər, şiş xəstəlikləri, zədələmələr (travma nəticəsində əmələ gələn sınılqlar, yaralanmalar, yanıqlar və s.), estetik və funksional pozuntular (anadangəlmə və qazanılmış qüsur və deformasiyalar) nəzərdə tuturuq.

"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev ağız və üz-çənə cərrahiyyəsi ilə bağlı suallarımızı cavablandırıb.

Üz-çənə nahiyəsinə aid yenidoğulmuşlarda rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqlar, xalqda arasında “dovşan dodaq” və “qurd ağız” deyilən xəstəliklərdi. Bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozğunluqlar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur.


Səbəbi müxtəlifdir: irsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hiopksiya, stres və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət qohum evliliyi.


Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox rast gəlinən problem qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s. kimi problemlər rast gəlinir. Bunun üçün mütəxəssisə vaxtında müraciət etməli və müalicəyə başlanılmalıdır.


Bu patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, orotdontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır.


Dodaq yarıqları üçün uşaqlarda “xeyloplastika” ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə “stafiloplastika” və “uranostafiloplastika” 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır.

Onu da qeyd edim ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gec isə nitqdə pozulmalara gətirib çıxardır.


- Günümüzdə üz skeletinin inkişafdan qalması ilə əmələ gələn deformasiyaları ilə yaşayan bir çox insan mövcuddur. Onlarda qida qəbulu pozulmasına gətirən dişləmin pozulması, üzün əyriliyinə gətirən çənənin həddindən artıq irəlidə və ya arxada olması, digər funksional və estetik pozuntulardı. Bu səbəbdən həmin şəxslərdə müxtəlif psixoloji komplekslər (cəmiyyətdən sosial təcrid, özünə qapanma, əmək fəaliyyətlərinin aşağı düşməsi və s.) yarana bilər. Bu əməliyyatlar üz-çənə cərrahiyyəsində ümumən “ortoqnatik cərrahiyyə” adlanır və cərrahla ortodontun müştərək məsulu olmalıdır. Bu zaman pasient ortodont və cərrah tərəfindən konsultasiya edilir və müalicənin bir hissəsi olaraq cərrahi müalicənin lazımlığının olub olmamasına qərar verilir. Əməliyyat adətən 17 yaşında üz skeleti sümüklərinin inkişafı tamamlanmış olduqda aparılır.

Cərrahi əməliyyatın planlaması olduqca vacib bir məsələdir. Müasir rəqəmli texnologiyaları tədbiq etmədən bu əməliyyatların uğurlu nəticəsini gözləmək olmaz.


Əməliyyat ümumi anesteziya altında icra edilir. Cərrahi əməliyyatın həcmi deformasiyanın ağırlığından asılıdır. Əməliyyat sonrası ağrı isə demək olar ki, olmur.


Aygün M