Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST - FOTO

  • 2020.03.03 15:07
  • 2182 Baxış
Dünya üzrə koronavirusla bağlı son göstəricilər -    ÜST - FOTO
Ümüdünya Səhiyyə Təşiklatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Medicina.az xəbər verir ki, məlumatda bildirilib ki, Son 24 saat ərzində Ermənistan, Çexiya, Dominikan Respublikası, Lüksemburq, İslandiya və İndoneziyada koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Belə ki, dünya üzrə 1804-ü yeni olmaqla ümumilikdə 88 948 yoluxma halı aşkarlanıb. Çində isə bu rəqəm 80 174 minə çatıb. Həmçinin burada 2915 ölüm qeydə alınıb. Onlardan 42-i son 24 saat içində ölənlərdir.

Çindən başqa digər ölkələrdə yoluxma sayı ümumilikdə 64 ölkə üzrə 8774 nəfərdir. Onların içərisində yoluxan 128 şəxs artıq ölüb.

ÜST-ün risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək