Dünyada koronavirusdan ölənlərin sayı 1 milyonu ötdü

  • 27 Sen 2020 20:36
  • 16869 Baxış
Dünyada koronavirusdan ölənlərin sayı   1 milyonu ötdü
Dünyada koronavirusdan ölənlərin sayı 1 000 195-ə çatıb.

Medicina.az xəbər verir ki, indiyədək 33 175 903 nəfərə COVID-19 diaqnozu qoyulub.

Onlardan 24 504 462 nəfəri sağalıb.

Bildirilib ki, ən çox yoluxma halları ABŞ (7 293 418), Hindistan (6 041 638) və Braziliyada (4 718 115) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.