Dünyada pişik epidemiyası başlaya bilər - ÜST yeni sirli xəstəlik tapıb

  • 2023.07.27 16:43
  • 2239 Baxış
Dünyada pişik epidemiyası başlaya bilər  - ÜST yeni sirli xəstəlik tapıb

Polşada quş qripinə yoluxmuş pişiklərin sayının sürətlə artdığını, lakin insanlara yoluxma riskinin olmadığı qeydə alınıb.


"Medicina" xəbər verir ki, Polşa səhiyyə rəsmiləri keçən ay ölkədə qeyri-adi pişik ölümləri barədə məlumat verdikdən sonra 29 pişiyin H5N1 quş qripinə yoluxması müsbət olub.

Xəstəliyə yoluxan heyvanlardan 14-nün evtanaziya edildiyi, 11-nin öldüyü açıqlanıb.

"Hazırda pişiklərin virusa yoluxma mənbəyi məlum deyil və epizootik araşdırmalar davam edir" - ÜST-nin açıqlamasında deyilir.

2021-ci ilin sonundan bəri Avropa indiyə qədər ən güclü quş qripi epidemiyasını yaşayır.

Bu, bütün dünyada on milyonlarla ev quşunun məhv edilməsinə gətirib çıxardı ki, onların çoxu ilk dəfə 1996-cı ildə ortaya çıxan H5N1 virus ştamını daşıyıb. Son zamanlar məməlilərdə infeksiyaların sayının həyəcan verici artması müşahidə olunur.