- Trendə çevrilən doğuş üsulu təhlükəlidirmi?/ FOTODünyaya suda göz açan uşaqlar

  • 2017.09.15 15:45
  • 23855 Baxış
 - Trendə çevrilən doğuş üsulu təhlükəlidirmi?/ FOTO Dünyaya suda göz açan uşaqlar
Son bir neçə ildə Avropada suda doğuş üsulu sürətlə yayılır. 


Medicina.az xəbər verir ki, çox mübahisəli və ikili mövqelərlə qarşılanan bu metod, doğuş zamanı ağrı və sancıları azaltmaq üçün qadınların üstünlük verdiyi metoda çevrilməkdədir.


Suda doğuş 2 cür ola bilər:


-Hamilə doğum sancıları və tutmaları zamanı suda uzanır, doğuş isə quruda keçir;

-Hamilə sancılar başlayandan doğum bitənə kimi suda olur.

 

Картинки по запросу waterbirth


Vannada suda doğuş zamanı bütün bədənin əzələləri suyun təzyiqi altında boşalır, rahatlaşır, gərginlik olmur. Vannada suyun içində yüngül vəziyyətdə olan bədən çarpayıda və ya kresloda uzanmaqdan daha uyğun poza alır. Qadın istədiyi pozanı ala bilir, su özü onu yüngül tutur. Su dəri hissiyyat reseptorlarına elə təsir edir ki, ağrı az hiss olunur və sinir uclarına kimi dözülməz ağrı gedib çıxmır. İsti su uşaqlıq yolu toxumalarının elastikliyini artırır, bu da doğumu tezləşdirir. 


Xarici ölkələrdə artıq xüsusi doğum vannası və hovuzu olan xəstəxanalar var. Baxmayaraq ki, rəsmi olaraq bu metod təsdiqlənməyib. Ona görə qadınlar evdə vannada həkim ginekoloq və həyat yoldaşının yanında doğum edir.

 

Картинки по запросу waterbirth 


Suda doğum etməyin əsas tələbləri: 


-Suyun hərarəti 36-37 dərəcə olmalıdır. Su soyuduqca onun hərarəti tənzimlənməlidir.

-Vannanın dərinliyi 60-70 sm-dən az olmamalıdır. 

-Doğuş və hamiləliklə bağlı ciddi problem olmamalıdır.

-Suda doğumla bağlı əvvəlcədən kurs keçirilməlidir

 

Картинки по запросу waterbirth


Suda doğuşun körpə üçün üstünlükləri:


-Uşaq bətndən çıxan zaman təzyiq, hava, səs, işıq, hərarət dəyişməsi ilə üzləşərək stress yaşayır. Su sanki bu kənar təsirləri azaldaraq, körpənin dölyanı sudan birbaşa quru havaya yox, elə suya düşməsini təmin edərək ona doğma mühit yaradır. Bu halda körpənin beyni daha az təzyiq görür. 


Mənfi tərəfləri:


-Bu işdə mamaça həkim peşəkar olmalıdır, suda doğum üzrə təcrübəsi olmalıdır. 

-Evdə vannada doğum zamanı təcili tibbi yardım heyətinin evin yanında dayanması tələb olunur ki, doğum zamanı yaranacaq təcili durumlarda xəstəxanaya çatdırılmaq mümkün olsun. 

-Suda gigiyena və dezinfeksiya işlərini gözləmək çətindir. Suyun çox təmiz olması təmin olunmalıdır. Hər 2 saatdan bir su dəyişilməlidir. Suya xüsusi fizioloji məhlul qatılmalıdır. 

-Ən çətin məqam isə yenidoğulmuşun başını düzgün tutmaq və ağzına su dolmasının qarşısını almaqdır. Körpə ilk nəfəsini almadan onun başı və ağzı suyun üzərində olmalıdır. 

 

Картинки по запросу waterbirth


Kimlərə əks-göstərişdir?


-Çətin və patologiyalı hamiləlik keçirənlərə

-Ürək qan damar problemi olanlara

-Əsəb və sinir zəifliyi olanlara

-Böyrək çatışmazlığı xəstəliyi olanlara.

 

Aygün Musayeva