Alimlər yağlı qaraciyər xəstəliyinə qarşı təbii bir müalicə üsulu kəşf etdilər.
“Medicina” xəbər verir ki, San Paulo və Rio Qrande do Sul Federal Universitetindən olan braziliyalı alimlər berqamot yarpağı ekstraktının metabolik tarazlığı bərpa edə və qaraciyəri qoruya biləcəyini aşkar etdilər.
Bir təcrübədə, induksiyalı piylənmə olan laboratoriya siçovullarına bir neçə həftə ərzində berqamot (Citrus bergamia) yarpağı ekstraktı verildi.
Tədqiqatın sonunda heyvanlarda lipid metabolizmasının yaxşılaşdığı müşahidə edildi: ümumi xolesterol və triqliserid səviyyələri azalıb, "yaxşı" HDL xolesterolunun konsentrasiyası isə artıb. Bundan əlavə, gəmiricilər çəki və ümumi yağ kütləsi itiriblər.
Biokimyəvi analiz göstərdi ki, berqamot açıq antioksidant və iltihab əleyhinə təsir göstərir.
Birləşmə qaraciyər hüceyrələrində reaktiv oksigen növlərinin və iltihab sitokinlərinin səviyyəsini azaldır.
Bu təsirlər piylənmənin əsas ağırlaşmalarından biri olan metabolik olaraq əlaqəli yağlı qaraciyər xəstəliyinin inkişafına mane olur.
Müəlliflər vurğulayırlar ki, berqamot yarpağı ekstraktı metabolik pozğunluqların qarşısının alınması üçün perspektivli təbii vasitə ola bilər.
Onların sözlərinə görə, növbəti addım insanlar üzərində klinik sınaqlar olacaq.
Aygün Musayeva