İnfarkt yaşı niyə gəncləşib? - Kardioloqdan cavab

  • 2025.10.24 22:42
  • 249 Baxış
İnfarkt yaşı niyə gəncləşib? -  Kardioloqdan cavab

Son zamanlar sosial mediada gənc yaşda ölüm halları ilə qarşılaşırıq.

Medicina.az xəbər verir ki, bunu invaziv kardioloq Üzeyir Rəhimov bildirib.

Həkim qeyd edib ki, i farkt yaşı xeyli cavanlaşıb:

"Amerikada aparılmış bir araşdırmada 1990-2000-ci illər arasında ilk infarkt yaşı 55-60 ikən, 2010-2020-ci illərdə 45-50 yaşına enmişdi. Yəni infarkt həqiqətən gəncləşib. Səbəbi birinci növbədə siqaret, nargilə və elektron siqaretdən istifadədir. İkinci səbəbi piylənmə və insulin dirənci, üçüncü səbəbi hərəkətsizlik, oturaq həyat, dördüncü səbəb isə stres, yorğunluq, yuxusuzluqdur. Bu çalışmada göstərilən maraqlı məqam, xanımlarda infarktın daha çox artmasıdır. Kişilərdə sabit qalır. Səbəbi xanımlarda siqaret və elektron siqaret istifadəsi artıb. Tədqiqatlar göstərib ki, xanımlar xolesterin düşürücü dərmanları daha az istifadə edirlər, bundan qaçırlar. Bu işin mənfi tərəfi, amma müsbət tərəfi nədir? Dünyada insan ömrü uzanıb. Bunun səbəbi elm və texnologiyanın inkişaf etməsidir. Əgər biz həkimə vaxtında müraciət etsək, texnologiyadan istifadə edib, birçox xəstəliklərin qarşısını alıb ölümləri azalda bilərik".

Aygün
Medicina.az