Dünyada yeni qızdırma yayılır

  • 2023.11.28 14:30
  • 1142 Baxış
Dünyada yeni qızdırma yayılır
Dəngə qızdırması ocaqları artır.

"Medicina" xəbər verir ki, Banqladeşdə denge qızdırmasından ölənlərin sayı 1500ü keçib.

Ötən 24 saatda 8 nəfərin denge qızdırmasından öldüyü bildirilib.

Bu gün aşkarlanan 920 yeni yoluxmanın xəstəxanalara göndərilməsi ilə ümumi yoluxma sayının 309 mini keçdiyi, ölkə daxilində 3 min 493 xəstənin xəstəxanalarda müalicə olunduğu paylaşılıb.

Dəngə qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə müşahidə olunan xəstəlik bəzi hallarda ölümlə nəticələnir.


Aygün