Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ECMO-ya qoşulan Bəhram Bağırzadədən - Son xəbər

  • 2020.06.23 09:47
  • 6671 Baxış
ECMO-ya qoşulan Bəhram Bağırzadədən  - Son xəbər

Gömrük Hospitalında ECMO cihazına qoşulan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı yenə də heç bir ciddi dəyişiklik baş verməyib.

Bu barədə "BakuPost"a Hospital rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib.Həkimin sözlərinə görə, Əməkdar artistin səhhəti stabil ağır olaraq qalır.

Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.

Məlumat üçün qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenləşmə cihazıdır. Cihaz ağciyər və ürəyin funksiyalarını 2-3 həftə əvəz etmə qabiliyyətinə malik olduğundan həkimlərə müalicə prosesində vaxt qazanmağa imkan verir.