Əgər ayaq barmağında tük varsa... - Görün, nəyin əlamətidir...

  • 2026.05.06 11:16
  • 114 Baxış
Əgər ayaq barmağında tük varsa... -  Görün, nəyin əlamətidir...

Ayaq tükləri sağlamlığınızla bağlı bir çox detalı göstərir. Barmaqlarınızdakı tüklər sağlam olub-olmadığınızı əks etdirir.

Medicina.az xəbər verir ki, bədənimiz bəzən gözlənilməz yerlərdə ciddi sağlamlıq problemləri siqnalları verə bilər.

Ayaqlardakı müəyyən dəyişikliklər qan dövranı pozğunluqlarından tutmuş vitamin çatışmazlığına qədər bir çox problemin xəbərçisidir.



Soyuq ayaqlar qan dövranının zəif olduğunu, yanma və uyuşma isə diabet və s. göstərər.

Ən maraqlı detallardan biri barmaqlardakı tüklərdir. Çünki bu kiçik tüklər əslində çox şey deyir.

Tüklərin bədənin ən ucqar əzalarında böyüməsi üçün qan axını mükəmməl olmalıdır. Tük follikulları oksigen və qida çatışmazlığına son dərəcə həssasdır.

Buna görə də, barmaqlara uzanan tüklər güclü qan axınını göstərir.

Lakin, ayaq tüklərinin seyrəlməsi, seyrəkləşməsi və ya tamamilə tökülməsi bəzi sağlamlıq problemlərinin əlaməti ola bilər.

Arteriyaların sərtləşməsi kimi də tanınan arterioskleroz, qanın bədəndə kifayət qədər dövran etməməsinə səbəb ola bilər. Bu, ayaqlara çatan qan miqdarını azalda və saç tökülməsinə səbəb ola bilər.

Aygün
Medicina.az