Tərkibində qaraciyərinizə və böyrəklərinizə zərər verə biləcək zəhərli komponentlər olan arıqlama dərmanları açıqlanıb.
Medicina.az xəbər verir ki, profilaktik tibb həkimi Yuliya Smirnova tez arıqlama vəd edən "sehrli həblərn" əslində bədənə ciddi zərər verə biləcəyini deyib.
Onun sözlərinə görə, bu cür arıqlama dərmanları qəbul edən xəstələr tez-tez onun yanına ağırlaşmalarla gəlirlər. Dərmanlarla arıqlamaqdan təkcə xəstəxanaya yerləşdirmə deyil, hətta ölüm halları da çoxdur.
Bəzi dərmanlar nəcisi yumşaldır və bədəndən bir çox həyati əhəmiyyətli maddələri xaric edir.
Digərləri sidikqovucudur və susuzlaşdırma da ciddi risklər daşıyır, xərçəng və ürək-damar xəstəlikləri riskini artırır.
"Hər halda, susuzlaşma ilə ən azı ürəyimiz üçün vacib olan elektrolitləri, kalium və maqneziumu itiririk.
Güclü sinir sistemi və sağlam immun sistemi üçün vacib olan bağırsaq mikroflorasının fəaliyyətini pozuruq. Bundan əlavə, bütün bu pəhriz əlavələri, yağ yandırıcılar və digər dərmanlar psixostimulyator kimi çıxış edir və çəkilmə simptomlarına səbəb olur".
Aygün Musayeva