Havaların isti keçməsi ilə bağlı olaraq zəhərlənmələrin sayında artım müşahidə olunur. Xüsusilə ət və ət məhsullarından zəhərlənənlərin sayının daha çox olması səbəbindən mütəxəssislər həyəcan təbili çalıb.
“Medicina” xəbər verir ki, rus qastroenteroloq Vladimir Neronov yeməkdən sonra yaranan qızdırmanın ət zəhərlənməsindən ola biləcəyini qeyd edib. Buna səbəb ətin keyfiyyətsiz olmasıdır.
“Keyfiyyətsiz ətin tərkibindəki toksinlər və bakteriyalar insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir. Bu ətin qəbulu zamanı orqanizmdə istiliyin qalxması, ürəkbulanma və s. kimi halların baş verməsi ehtimalı yüksəkdir.
Yay günlərində alınan ətin keyfiyyətinə əmin olmaq, alınmış əti gün şuasından qorumaq mütləqdir. Bu qaydalara əməl edilmədikdə zəhərlənmə halları baş verə bilər. Toksikoinfeksiyanın əlamətləri-qusma, qarın ağrısı, bədən istiliyinin artmasıdır. Bu simptomlar adətən yeməkdən bir neçə saat sonra baş verir.
Zəhərlənmə ehtimalını ətin hərtərəfli bişirilməsi ilə azalda bilərsiniz. Gətirilən məhsul hərtərəfli bişirilərsə, bu ehtimal azalır lakin ət bişdikdən sonra da ətin isti havada uzun müddət saxlanılmamasına diqqət yetirmək lazımdır”.
Xanım