Etiraz aksiyaları dayanmasa, koronavirusa yoluxma rekord həddə çatacaq

  • 2020.06.03 15:46
  • 1300 Baxış
Etiraz aksiyaları dayanmasa, koronavirusa yoluxma rekord həddə çatacaq

ABŞ-da həm koronavirus pandemiyası, həm də Corc Floydun ölümünə qarşı etirazlar ölkədə böyük iğtişaşlar yaradıb.

Medicina.az xəbər verir ki,amerikalı həkimlər tərəfindən etirazların belə davam edəcəyi halda yoluxma hallarının 3 dəfə artacağı bildirilib. Məsələ ilə bağlı ABŞ Səhiyyə Nazirliyinə xəbərdarlıq edilib.

Xatırladaq ki, qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyalarına qoşulanlar sosial məsafəni qorumamaqla bərabər maskalardan da istifadə etmirlər.

Qeyd edək ki, ABŞ-da 106 945 nəfər "Covid-19" səbəbindən dünyasını dəyişib.