Eyni nəqarəti zümzümə etmək zərərlidir

  • 2026.01.03 23:11
  • 311 Baxış
Eyni nəqarəti zümzümə etmək  zərərlidir

Sübut olunub ki, qeyri-iradi olaraq başımızda ilişib qalan mahnı parçaları zərərlidir.

Medicina.az xəbər verir ki, Avstraliyada aparılan bir araşdırma, "qulaq qurdu" adlanan bu fenomenin beyni necə sabotaj etdiyini ortaya qoydu.

Mütəxəssislər bunun yalnız diqqəti cəmləməyi çətinləşdirmədiyini, həm də yaddaşın ən vacib sahəsini tutduğunu və idrak fəaliyyətini azaltdığını bildirdilər.

Aygün
Medicina.az