Gecə 1-dən sonra yatmağın faydası varmı – Gec yatanları nə gözləyir?

  • 2023.11.22 17:33
  • 1444 Baxış
 Gecə 1-dən sonra yatmağın faydası varmı  –  Gec yatanları nə gözləyir?

Hər bir insan sutkada 7 saat gecə yuxusu almalıdır. Bir çoxlarımız “Mən 7 saat yatıram” deyib gecə 1-dən səhər 9-a kimi yatır. Axşam telefonda sevimli filmə baxmağı seçir.


“Medicina” xəbər verir ki, 2006-2010-cu illərdə Britaniya biobankından 88 min kişi və qadının tibbi məlumatları analiz olunub.

40-78 yaş arası könüllülər biləklərində yuxu trekeri taxıblar. Onların həyat tərzi, sağlamlığı və xarakterləri sorğulanıb.

6 il ərzində müşahidələr göstərib ki, bu müddət ərzində infarkt, insult keçirən xəstələrin çoxu, yəni iştirakçıların 3%-i gecəyarı yuxuya gedib.

O ki qaldı, sağlam yuxu vaxtına, bu saat 22:00 ilə gecə 2:00 arasıdır.

Gecə 12-dən sonra yuxuya gedənlərdə bu risklər var:

- Bu insanlarda ürək xəstəlikləri 25% artır.
- Gecə 11 və 12 arası yuxuya gedənlərdə bu risk 12%-dir.
- Axşam 10-da yatağa girənlərdə isə bu göstərici 8%-dir

- Eləcə də axşam 8dən yatanlarda da ciddi risklər olur. Yəni 22:00-dan tez yatmaq da məsləhət deyil.

Yuxu ürək-damar xəstəliklərini azaldan faktor ola bilər.

Daxili bioloji saatın işi pozulduqda, ürək-damar, hormonal sistem gərgin işləyir.

Əgər qrafikiniz imkan verirsə, axşam 22:00-da artıq yuxuya getməyə vərdiş edin.

Aygün Musayeva