Gecə dəri baxımında edilən səhv - Sızanaqlara səbəb olur

  • 2026.02.12 13:01
  • 97 Baxış
Gecə dəri baxımında  edilən səhv -  Sızanaqlara səbəb olur

Son illərdə populyarlaşan çoxmərhələli dəri baxımı prosedurları həmişə göründüyü qədər zərərsiz olmaya bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə gecələr intensiv və nəzarətsiz məhsul istifadəsi dəridə gözlənilən effekt yaratmaq əvəzinə problemlərə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün hesab edilən vərdişlər sızanaq və həssaslığa səbəb ola bilər.



Medicina.az xəbər verir ki, türkiyəli dermatoloq Dr. Kıvılcım Çinkır Özsaraç bununla önəmli açıqlamalar verib:

"Gecə dəri baxımı uzun müddətdir ki, 'qızıl qayda' hesab olunur. Lakin hər gecə dəri baxımı proseduru mütləq dəri üçün fayda demək deyil. Yanlış məhsul seçimləri və şüursuz tətbiqlər dəri sağlamlığını təhdid edən ciddi problemlərə səbəb ola bilər."



Dr. Özsaraç dərinin gecə saatlarında özünü bərpa prosesinə girdiyini bildirərək əlavə edib:

"Gecə dəri baxımında edilən ən böyük səhv, birdən çox aktiv maddənin eyni vaxtda və nəzarətsiz istifadəsidir. Turşular, retinoidlər və intensiv tərkibli məhsullar, fərq qoymadan tətbiq edildikdə dəri baryerini zəiflədir. Hər dəri növünün fərqli ehtiyacları var".



Dərinin gecə boyunca nəfəs alması lazım olduğunu vurğulayan Özsaraç, qalın təbəqələrdə tətbiq olunan məhsulların məsamələri tıxaya biləcəyini və sızanaq, qızartı, həssaslığa səbəb ola biləcəyini vurğulayıb:

"Dərinizin tipinə uyğun yumşaq təmizləyici. Lazım gələrsə, tək bir aktiv maddə.
Dəri baryerini dəstəkləyən yüngül nəmləndirici.
Bu üç addım kifayətdir. Daha çoxu həmişə daha yaxşı deyil."



Özsaraç, xüsusilə gənc yaş qruplarında müşahidə olunan şüursuz dəri baxımı vərdişlərinin sonrakı həyatda qalıcı dəri problemlərinə səbəb ola biləcəyini və dəri baxımının həm də tibbi bir problem olduğunu vurğulayıb.

Aygün
Medicina.az