Gecə kabus görməyin səbəbləri - Psixoloqdan

  • 2022.09.19 16:33
  • 3167 Baxış
Gecə kabus görməyin səbəbləri  -  Psixoloqdan



Gecə kabusları insanın basdırdığı aqressiya ilə bağlı ola bilər.


"Medicina" xəbər verir ki, psixoloq Tatyana Şantur eləcə də kabusların depressiya ilə əlaqəli olduğunu bildirib.


Yuxuda baş verənlərə işdə, evdə toksiki atmosfer, neqativ emosional həyəcan təsir edir.

"Əgər insanın hər gün yaşadığı həyat, getdiyi iş xoşuna gəlmirsə, Belə olduqda o daimi xroniki stress altında olur.

Nevroz, təşviş pozuntusu xoşagəlməz yuxular görməyə səbəb olur.
Bu təbii prosesdir.

Adətən bu insanlar aqressiya və stresin səbəbini araşdırıb, ləğv etdikdə, kabus da yoxa çıxır.

Ailədə konfliktlər, pis münasibət, narazılıq da yuxuları qorxulu edir.

Uşaqlarda imtahan öncəsi və məktəbdəki vəziyyətlə bağlı kabuslar olur.

Eləcə də yataq otağında boğuq hava və isti da yuxuda kabus görməyə təkan verir.


Bu insanlar öz hiss-həyəcanlarını bölüşməli, yatanda sakitləşdirici ətirlər qoymalı, yumşaq odeyal, yorğan, döşəkdə yatmalı, yumşaq predmet qucaqlamalıdır.

Aygün Musayeva