Bu gecə “Super Ay”a baxmaq, spirtli içki içmək olmaz - Psixikanız pozula bilər!

  • 2017.09.14 14:30
  • 27114 Baxış
Bu gecə “Super Ay”a baxmaq, spirtli içki içmək olmaz -  Psixikanız pozula bilər!
Dünəndən etibarən Ayın Yer kürəsinə maksimal dərəcədə yaxınlaşması müşahidə olunur.

 

Yerlə Ay arasında məsafənin 356 min 550 kilometrə kimi azalacağı bildirilir. Ayın Yer kürəsində su və insan orqanizmindəki mayeyə təsirini nəzərə alsaq, bu hadisənin insanlara təsirsiz ötüşməyəcəyini qeyd etmək olar .

 

Medicina.az-ın mütəxəssisləri bildirir ki, əsasən başağrıları, stress, sinir, psixi yüklənmələr, yuxuda gəzmə, yuxuda sayıqlama, çox yatmaq, yorğunluq halları artacaq. Nevroz xəstəlikləri, "panik atak” halları da kəskinləşə bilər: "Ölkədə bununla bağlı insanların şikayət halları da artıb. Belə ki, əksəriyyət az qala ayaqüstündə yatdığını, yorğunluq hiss etdiyini, ürəyində problemlər müşahidə etdiyini dilə gətirir.

 

"Super Ay” günlərində maksimum dərəcədə evdə, sakit yerdə olmaq məsləhət görülür. Sərin içkilər, yaşıl çay için. Gecə isə Aya baxmayın. Spirtli içki qəbul etmək qətiyyən olmaz. Əl altında sakitləşdirici və spazma götürən dərmanlar saxlayın”.