Gizli, sirli xəstəlik - Fibromialgiya nədir?

  • 2023.01.21 16:22
  • 2062 Baxış
Gizli, sirli xəstəlik   - Fibromialgiya nədir?

Fibromialgiya xronik xarakterli simmetrik əzələ-skelet ağrısı olan bir xəstəlikdir. Müalicəsi dərman və xüsusi idman hərəkətləri ilə həyata keçirilir.

"Medicina" xəbər verir ki, bu barədə Bioloji Təbabət Klinikasının revmatoloqu Kamilə Yusifova məlumat verib.



Xəstəliyi olan pasiyentlər aşağıdakı simptomlardan əziyyət çəkirlər:

  • Bütün bədəndə ağrı
  • Depressiya
  • Keyfiyyətsiz yuxu
  • Qıcıqlanmış bağırsaq sindromu (tez-tez ishala meyillilik)
  • Xroniki yorğunluq sindromu
  • Ətraflarda gərginlik,buxovlanma,tutuqluluq
  • Soyuğa və ağrıya qarşı həssaslıq
  • Narahat ayaq sindromu


Həkimin sözlərinə görə, fibromialgiya orqanizmin EPŞTEYN BARR virusu ilə zədələnməsi nəticəsində yarana bilər.


K.Yusifova bildirib ki, xəstəliyin dəqiq səbəbləri məlum deyil. Bu xəstəliyin diaqnostikasında xüsusi analiz yoxdur. Adətən antinüklear antite l(ANA),Revmatoid faktor (RF), qalxanvari vəz aktivliyi (TSH,T4), prolaktin yoxlanılır.

Aygün Musayeva