Hər gün spirtli içki qəbul etmək bəzi cəmiyyətlərdə normal vərdiş kimi qəbul edilsə də, mütəxəssislər bunun nə zaman alkoqol asılılığına çevrildiyini açıqlayıblar.
Medicina.az xəbər verir ki, alkoqolizmi müəyyən edən əsas amil içkinin tezliyi deyil, insanın ona nəzarət edib-etməməsi və bunun həyatına təsiridir.
Mütəxəssislər bildirirlər ki, əgər insan içkini azaltmaqda çətinlik çəkirsə, alkoqol işinə, ailə münasibətlərinə və sağlamlığına mənfi təsir göstərirsə, bu, problemli istifadənin əlaməti ola bilər.
Alkoqoldan stress və ya emosional problemlərdən uzaqlaşmaq üçün istifadə edilməsi də asılılıq riskini artıran amillərdən biri hesab olunur.
Sağlamlıq qurumlarının tövsiyələrinə görə, riskləri azaltmaq üçün həftə ərzində 10 standart içkidən çox qəbul etməmək, gündə 2 içkini keçməmək və hər gün spirtli içki içməmək məsləhət görülür.
Ekspertlər qeyd edirlər ki, eyni miqdarda alkoqol qəbul edən insanların vəziyyəti fərqli ola bilər və əsas məsələ içkinin insan həyatına təsiridir.
Xanım,
Medicina.az