Gündəlik qəbul üçün 3 sağlam qəlyanaltı

  • 2023.04.11 14:29
  • 1501 Baxış
Gündəlik qəbul üçün 3 sağlam qəlyanaltı
İnsanların gündəlik həyat tərzi həmişə əsas yemək üçün vaxt ayırmağa imkan vermir.

“Medicina” xəbər verir ki, həyat tərzindən asılı olmayaraq, qəlyanaltılar orqanizm üçün faydalı ola bilər.
Hər gün bu üç qida orqanizmə xeyir verir.

İmmun sistemi normallaşdırır. Bunlar hansılardır?

1. Kök

Tərəvəzdə B, C, D vitaminləri var. Digər faydalı elementlər də çoxdur: yod, dəmir, kalsium, karoten. Tərkibindəki yüksək su sayəsində yerkökü bədəndə maye balansını bərpa etməyə kömək edir və tərəvəzin müntəzəm istifadəsi sızanaqlarla mübarizə aparır, görmə qabiliyyətini yaxşılaşdırır və saçları gücləndirir.


2. Alma

Gündə bir alma yesəniz, insult riskini 20% azaltmaqla yanaşı, bir çox xərçəng növlərinin inkişafının da qarşısını almış olarsınız. Meyvə həm də qaraciyəri təmizləməyə kömək edir və öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır.

3. Qoz

Onların əsas üstünlüyü Omega 3 və E vitamininin yüksək olmasındadır. Belə qəlyanaltı xolesterolu azaldacaq və bağırsaq mikroflorasını yaxşılaşdıracaq. Qoz diqqəti, yaddaşı və performansı artırır.

Günay Quluzadə