Günəş altında çox olan kişilərdə aclıq hissi artır

  • 2023.07.05 16:38
  • 1128 Baxış
Günəş altında çox olan kişilərdə aclıq hissi artır
Günəş işığı dərinin piy hüceyrələrindən “aclıq hormonu” qrelinin ifrazını stimullaşdırır və bu təsir yalnız kişilərdə müşahidə olunur. Bu kəşfi Təl-Əviv Universitetinin (İsrail) alimləri ediblər.



“Medicina” xəbər verir ki, molekulyar genetika və biokimya professoru Carmit Levy siçanlar üzərində təcrübələr apararaq, ultrabənövşəyi radiasiyanın təsiri altında qadınların deyil, kişilərin daha çox yeməyə başladığına diqqət çəkdilər.


Eyni zamanda, kişilərin qanında aclıq və iştah hissindən məsul olan qrelin hormonunun səviyyəsi yüksəlib.
Tədqiqatçılar qrelinin dəri toxumalarında olan yağ hüceyrələri (adipositlər) tərəfindən ifraz olunduğunu aşkar ediblər. Bu, ultrabənövşəyi şüalanma ilə adipositlərin DNT-sinin zədələnməsi nəticəsində baş verir.


Qadınlarda bu təsir müşahidə edilmir, çünki qadın cinsi hormonları estrogenlər qrelinin adipositlərdən sərbəst buraxılmasını maneə törədir.

Kişi dəri toxuması üzərində aparılan laboratoriya təcrübələri ultrabənövşəyi işığa məruz qaldıqdan beş gün sonra qrelinin səviyyəsinin həqiqətən artdığını təsdiqləyib. Alimlər buludsuz günün ortasında 25 dəqiqə açıq günəş altında qalan hər iki cinsdən olan könüllülərin iştirakı ilə də təcrübə aparıblar.

Kişilərin qanında qrelinin konsentrasiyası artıb, lakin qadınların qanında artım olmayıb.

Real həyatda belə təsirin mövcudluğunu təsdiqləmək üçün Levi və onun həmkarları 3000-ə yaxın israillinin bir il ərzində hər gün yeməkləri barədə sorğunun nəticələrini təhlil etdilər.

Məlum olub ki, kişilər qadınlardan fərqli olaraq, mart-sentyabr ayları arasında digər aylara nisbətən təxminən 300 kalori daha çox istehlak edirlər ki, bu da kökəlmək üçün kifayət edə bilər.

Günay Quluzadə