Gürcüstanda sutkada cəmi 1 nəfər yoluxub

  • 2020.06.04 16:42
  • 1867 Baxış
Gürcüstanda sutkada cəmi 1 nəfər yoluxub


Gürcüstanda sutka ərzində bir nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bugünə qədər yoluxanların sayı 801 nəfər təşkil edir. Xəstəlik səbəbindən 13 nəfər həyatını itirib, 644 nəfər isə sağalaraq evinə buraxılıb.

İranda isə son sutka ərzində yoluxma sayında yeni rekord qeydə alınıb. Belə ki, 3574​ nəfərdə koronavirus aşkarlanıb, 59 nəfər vəfat edib. Bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur “IRINN” telekanalının efirində deyib.


Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.