Hamilə olduğunu bilmirdi, hamamda doğdu

  • 2023.11.15 16:25
  • 1270 Baxış
Hamilə olduğunu bilmirdi, hamamda doğdu

42 yaşlı 2 uşaq anası qadın 9 ay boyunca hamilə olduğunu bilməyib.


"Medicina" xəbər verir ki, İngiltərədə qadın qəfildən hamamda uşaq dünyaya gətirib.

Qadın bir neçə ay əvvəl mədəsinin altında şiş hissi ilə terapevtə gedib, amma həkim də hamiləlikdən şübhələnməyib və ona başqa müalicə yazıb.


Oktyabrın 26-da qarnında dəhşətli sancı hiss edən qadın hamam otağına keçir və orda 15 dəqiqə ərzində doğur.

Səsə evə əri daxil olur və arvadını hamamda artıq doğulmuş oğlan uşağı ilə yerdə görür.

Təcili yardım ana və körpəni xəstəxanaya aparıb.Məlujm olub ki, uşaq 7 aylıq doğulub.


Qadının əri həkimləri günahlandırır. Bizə lazım olan tək müayinə USM idi, amma bunu belə etməyiblər.


Aygün Musayeva