Hansı rəng geyim ağcaqanadları cəlb edir?

  • 2023.06.24 20:32
  • 2981 Baxış
Hansı rəng geyim ağcaqanadları cəlb edir?
Ağcaqanadlardan tamamilə qaça bilməsəniz də, bəzi rəngdə geyimlərdən qaçmaqla qoruna bilərsiz.


“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, ağcaqanadlar qaranlıq yerlərə üstünlük verir və qara, tünf paltarlar cəlb edir.Dolabınızda qara və ya sürməyi rəngli parçalar üstünlük təşkil edirsə, ağcaqanadlar əl çəkməyəcək. Artıq ağ və açıq rəngli parçaları çıxarmağın vaxtıdır.


“Ağ, bej rəngdə geyimləri geyinmək qaniçənlərin qarşısını almağa kömək edə bilər. Ağ paltar dərini sərinlədə bilir.


Tünd rənglər bədəni isti saxlamağa meyllidir və ağcaqanadları təbii olaraq, buraxdığımız istilik və karbon dioksidi cəlb edir. Buna görə də, açıq rəngli paltar geymək potensial olaraq sizi ağcaqanadlar üçün daha az cəlbedici edə bilər.
Yay axşamlarında geyinilməməsi lazım olan digər rəng isə qırmızıdır.


Onlar ağcaqanadlara qırmızı piqment kimi görünür. Qırmızı geyinməklə biz onları cəlb edirik. Ona görə də yay paltarı seçərkən bu rəngdən qaçmaq da lazımdır”.

Günay Quliyeva