Hansı zədə və sınıqlar rentgendə görünmür? – Travmatoloq

  • 2023.12.05 19:28
  • 1527 Baxış
Hansı zədə və sınıqlar rentgendə görünmür?  – Travmatoloq

Hansı halda rentgen köməyə yetmir və xəstə MRT-ə göndərilir?


“Medicina” xəbər verir ki, travmatoloq Anatoliy Nujnov sınıqlarda diaqnostikadan danışıb.

“Sümük toxumasının zədələnməsinin ən yaxşı müayinə metodu iki proyeksiyalı rentgendir.

90% hallarda bu diaqnoz üçün yetərlidir. Müasir rentgen aparatları aşağı dərəcəli şüalanma verir.
Uzun sümüklərin – çiyin, çanaq, diz, barmaqların diaqnostikası daha asandır.

Amma bəzi sınıqlar var ki, mürəkkəbdir, rentgendə çəkimi çətindir: bilək, dirsək və s. Eləcə də çanaq dibi, büzdüm və s.

Qabırğa sınıqları da rentgendə aydın vizulizə olunmur.

Bu baxımdan şübhə yarandıqda, KT və ya MRT seçilir. Ona görə zədə və sınıqlar zamanı xəstə özü diaqnostikaya üz tutmamalı, mütləq birinci həkim müayinəsi olmalıdır”.


Aygün