“Hazırda dünya və Azərbaycan pandemiyanın birinci dalğasındadır” – Hande Harmançı

  • 2020.06.04 17:39
  • 2123 Baxış
“Hazırda dünya və Azərbaycan pandemiyanın birinci dalğasındadır”   –  Hande Harmançı

“Bu virus uzun müddət bizimlə olacaq. Ən azı müalicə və peyvənd vasitəsi hazır olana qədər.

Bütün dünya koronavirus pandemiyasının birinci mərhələsindədir. Hələ ikinci dalğadan söhbət gedə bilməz".

Medicina.az xəbər verir ki, bunu ÜST Azərbaycan rəsmisi Hande Harmançı bildirib.

“İndi dünya virusu daha yaxşı tanıyır, profilaktika və mübarizə tədbirlərini bilir, nəyin səmərəli olduğunu bilirik.
Epidemiya real vaxt rejimində dəyərləndirilməliidir.

Bütün şübhəli hallar aşkar və təcrid olunmalıdır.

Lazım gələrsə bəzi məhdudiyyətlər yenidən tətbəq olunmalıdır. Cəmiyyət buna hazır olmalıdır”.