Həbs edilən xəstəxana direktorunun yerinə TƏYİNAT

  • 2021.10.07 12:58
  • 1766 Baxış
Həbs edilən xəstəxana direktorunun yerinə  TƏYİNAT
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Medicina.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bu vəzifəyə Cəsur Paşayev təyinat alıb.

Qeyd edək ki, bir müddət öncə Ağcabədi rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin sabiq direktoru Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.