Həkimlərə peyvənd məcburi olunur?- TƏBİB-dən AÇIQLAMA

  • 2021.01.23 15:34
  • 1083 Baxış
Həkimlərə peyvənd məcburi olunur? - TƏBİB-dən AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.

Medicina.az xəbər verir ki, TƏBİB-dən “Report”a bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

“Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, - qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.